“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Euronews”a müsahibə verib.
İdmanxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə Azərbaycanın idman ölkəsi olmasını xatırladıb:
“Bizim çoxlu çempion idmaçılarımız var. İstər güləş, istərsə də cüdoda. Olimpiya və dünya çempionlarımız da var. Ümumiyyətlə Azərbaycan idman ölkəsidir”.
Q.Qurbanov komandasının uğurlarından və hədəflərindən danışıb:
“Çempionlar Liqasında zəif komanda yoxdur. Belə komandalara qalib gəlmək və ön sıralarda olmaq məni sevindirməyə bilməz. Demək olar ki, bütün dünya bizimlə maraqlanmağa başladı. Futbol elə səviyyəyə çatıb ki, bunu əldə etmək heç də asan deyil”