Ajans.az xəbər verir ki, Gununsesi.info-nun məlumatıba görə, Mehdiyevin müdafiəsini Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyev həyata keçirir. Zaur Abıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edəcək. Vəkil Zaur Abıyev “Ramiz Mehdiyev ittihamları qəbul edirmi” sualına cavab verməkdən yayınıb. 87 yaşlı akademikin müstəqil şəkildə vəkil tutmaqdan imtina etdiyi və dövlətin təyin etdiyi müdafiəçi ilə kifayətləndiyi bildirilib. Xatırladaq ki, Ramiz Mehdiyev DTX-nin Baş İstintaq İdarəsində barəsində başlanmış cinayət işi çərçivəsində bir sıra ağır ittihamlarla üz-üzə qalıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.