Bir sıra ağır cinayətlərlərdə ittiham olunan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin hüquqlarını müdafiə edən vəkilin kimliyi bəlli olub.
News24.az xəbər veri bu, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyevdir.
Əldə etdiyimiz məlumata görə, Zaur Abıyev DTX-nın İstintaq Baş İdarəsində istintaq olunan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edib.
Ancaq nədənsə Zaur Abıyev “Ramiz Mehdiyev ittihamları qəbul edirmi” sualına cavab verməkdən yayınıb.
Saytımızın araşdırması zamanı onu da öyrəndik ki, Ramiz Mehdiyev hüquqlarını qorumaq üçün müstəqil şəkildə vəkil tutmayıb.
Görünür, sabiq PA rəhbəri dövlətin ona təqdim etdiyi “poykovoy” vəkilin xidmətini yetərli sayıb. (gununsesi.info)