AZ

Ramiz Mehdiyevin vəkili kimdir?

Bir sıra ağır cinayətlərdə ittiham olunan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hüquqlarını müdafiə edən vəkilin kimliyi bəlli olub.

"Cebheinfo.az" gununsesi.info-ya istinadən xəbər verir ki, bu, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyevdir.

Məlumata görə, Zaur Abıyev DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edib.

Bildirilib ki, Ramiz Mehdiyev hüquqlarını qorumaq üçün müstəqil şəkildə vəkil tutmayıb.

"Cebheinfo.az" 

Seçilən
27
27
cebheinfo.az

10Mənbələr