AZ

Tramp Sülh Sammitində Ərdoğana təşəkkür etdi - VİDEO

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyadakı ən güclü ordulardan birinə sahibdir.

O, özünü göstərdiyindən daha qüdrətlidir. O, bir çox münaqişələrdə qalib gəlib, amma heç bir mükafat istəmir. O, yalnız sakit buraxılmaq istəyir”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bildirib.
 

“Hər dəfə ona ehtiyacım olanda o, mənim yanımda olub. Mən Türkiyə Prezidenti Ərdoğana təşəkkür etmək istəyirəm. O, heç vaxt uğursuz olmur. O, heyrətamizdir. Ona görə də dostluğa görə sizə təşəkkür etmək istəyirəm.


NATO onunla problem yaşadıqda, mənə müraciət edirlər. Mən Ərdoğanla danışıram və o, heç vaxt məni xəyal qırıqlığına uğratmır. O möhtəşəmdir. Dostluğa görə təşəkkürlər”, - ABŞ lideri qeyd edib.
                            

Bizim.Media

Seçilən
16
47
bizim.media

10Mənbələr