“Qəzzanın bərpası başlayır. Ola bilsin, bu, ən asan hissədir, çünki biz artıq ən çətini etdik, qalanı isə özü həll olunacaq”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şarm-əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, bugünkü uğur sammitdə iştirak edən dünya liderlərinin Qəzzada vəziyyəti düzəltmək istəyi ilə bir araya gəldiyi üçün baş verib:
“Biz hamımız dünyadakı hər kəsdən daha yaxşı bilirik necə bərpa olunmaq və yenidən qurmaq olar”.
Bizim.Media