AZ

Tramp: "İsrailin təhlükəsizliyi artıq heç bir şəkildə təhdid edilməyəcək"

Müharibələri bitirmək tərəfdarıyam və görünür, mən bunu bacarıram.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail parlamentindəki çıxışında deyib.

“Klinton məni hamı ilə müharibəyə başlayacağımla bağlı ittiham edirdi, amma mən müharibələri bitirmək tərəfdarıyam və görünür, mən bunu bacarıram, - Tramp bildirib.

ABŞ Prezidenti Ukraynadakı müharibənin dayandırılması üçün çalışdıqlarını qeyd edib.

“Mən hesab edirdim ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni asanlıqla həll etmək olar”, – Tramp bu məsələdə yanıldığını etiraf edib.

Qəzzanın dərhal demilitarizasiya olunması planını dəstəklədiyini qeyd edən Tramp HAMAS-ın silahsızlandırılacağını bildirib.

“İsrailin təhlükəsizliyi artıq heç bir şəkildə, heç bir formada təhdid edilməyəcək”, – o əlavə edib.

İranla da sülh razılaşmasının mümkün olduğunu qeyd edən ABŞ Prezidenti qarşı tərəfin də bunu istədiyini vurğulayıb: “Onlarla sülh sazişi bağlamaq əla olardı. Onlar yorulublar, yaşamaq istəyirlər. Heç nə başlamırlar. Düşünürəm ki, bizim şansımız var”.

Seçilən
16
47
moderator.az

10Mənbələr