AZ

Kənd təsərrüfatı sahəsində dəyişiklik: Məbləğ artırılır

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik nağd qaydada ödəniləbilən məbləğin yuxarı həddi artırılır.

Olaylar xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, mövcud qanunda qeyd olunan norma (20 manat) kənd təsərrüfatı məhsullarının istehsalının xüsusiyyətləri (mövsümü olması və bu əsasda işçiyə ehtiyacın müəyyən zaman kəsiyində yaranması) nəzərə alınmaqla məhsul istehsalçıları tərəfindən işlərin görülməsinə mülki hüquqi müqavilələr əsasında fiziki şəxslərin cəlb edilməsi imkanının yaradılmasına, kənd təsərrüfatı istehsalçılarının və onların mövsümi işlərə cəlb etdiyi şəxslərin dəstəklənməsinə, tərəflər arasında daha çevik ödəmə mexanizminin qurulmasına xidmət edir, ödənişlərin birbaşa məhsulun istehsalı sahəsində (yerində) ödənilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalının (yığımının) daha çevik təşkil edilməsinə imkan yaradır.

Qanun layihəsində həmin şəxslərə nağd qaydada ödənilə bilən gündəlik ödənişin yuxarı həddinin artırılaraq hazırkı 20 manatdan 30 manata çatdırılması təklif edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
7
olaylar.az

10Mənbələr