AZ

Kənd təsərrüfatı sahəsində bu şəxslərə ödənilən məbləğin yuxarı həddi artırılır

Bakı. Trend:

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümiişlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik nağd qaydadaödənilə bilən məbləğin yuxarı həddi artırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, mövcud qanunda qeyd olunan norma (20 manat) kəndtəsərrüfatı məhsullarının istehsalının xüsusiyyətləri (mövsümüolması və bu əsasda işçiyə ehtiyacın müəyyən zaman kəsiyindəyaranması) nəzərə alınmaqla məhsul istehsalçıları tərəfindənişlərin görülməsinə mülki hüquqi müqavilələr əsasında fizikişəxslərin cəlb edilməsi imkanının yaradılmasına, kənd təsərrüfatıistehsalçılarının və onların mövsümi işlərə cəlb etdiyi şəxslərindəstəklənməsinə, tərəflər arasında daha çevik ödəmə mexanizmininqurulmasına xidmət edir, ödənişlərin birbaşa məhsulun istehsalısahəsində (yerində) ödənilməsinə, kənd təsərrüfatı məhsullarınınistehsalının (yığımının) daha çevik təşkil edilməsinə imkanyaradır.

Qanun layihəsində həmin şəxslərə nağd qaydada ödənilə biləngündəlik ödənişin yuxarı həddinin artırılaraq hazırki20 manatdan 30 manataçatdırılması təklif edilir.

Seçilən
3
7
az.trend.az

10Mənbələr