AZ

Bu şəxslər gündəlik 30 manat nağd pul ALA BİLƏCƏK

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslərə nağd qaydada ödənilə bilən gündəlik ödənişin yuxarı həddi artırılaraq 20 manatdan 30 manata çatdırılır”.Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.Bildirilib ki, mövcud qanunda qeyd olunan norma (20 manat) kənd təsərrüfatı məhsullarının istehsalının xüsusiyyətləri (mövsümü olması və bu əsasda işçiyə ehtiyacın müəyyən zaman kəsiyində yaranması) nəzərə alınmaqla məhsul istehsalçıları tərəfindən işlərin görülməsinə mülki hüquqi müqavilələr əsasında fiziki şəxslərin cəlb edilməsi imkanının yaradılmasına, kənd təsərrüfatı istehsalçılarının və onların mövsümi işlərə cəlb etdiyi şəxslərin dəstəklənməsinə, tərəflər arasında daha çevik ödəmə mexanizminin qurulmasına xidmət edir, ödənişlərin birbaşa məhsulun istehsalı sahəsində (yerində) ödənilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalının (yığımının) daha çevik təşkil edilməsinə imkan yaradır.

Lahiyə bir oxunuşda qəbul edilib.Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
10
bizim.media

10Mənbələr