AZ

Deputat: "Hava limanından şəhərə çatmaq baha başa gəlir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milli Məclisin deputatı Fazil Mustafa Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər mərkəzinə nəqliyyat təminatı məsələsinin həll olunmamasını ölkənin imici baxımından ciddi problem kimi dəyərləndirib.
Plenar iclasda çıxışı zamanı deputat bildirib ki, hava limanından şəhərə daşınma məsələsinin indiyədək həll olunmaması vətəndaşlar üçün ciddi çətinliklər yaradır.
"Ombudsman da məsələyə münasibət bildirib və taksi inhisarçılığının aradan qaldırılması məsələsini gündəmə gətirib", - deyə Fazil Mustafa qeyd edib.
Deputat vurğulayıb ki, alternativ ictimai nəqliyyatın (avtobus, qatar və ya sərnişin taksisi) yoxluğu insanların şəhərə çatmasında çətinlik yaradan əsas amildir.
Millət vəkili əlavə edib ki, bu vəziyyət həm yerli, həm də xarici vətəndaşlar üçün maliyyə yükü yaradır:
"Təsəvvür edin ki, Naxçıvandan gələn vətəndaş 50-60 manat ödəyir və əlavə olaraq 30-40 manat verərək hava limanından şəhərə gəlmək üçün ödəniş etməli olur. Yəni, Naxçıvandan Bakıya gediş 100 manata başa gəlir. Eyni vəziyyət xarici turistlər üçün də keçərlidir. Bu, ölkənin imici üçün çox vacib məsələdir".
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
5
50
oxu.az

10Mənbələr