AZ

"AzInTelecom" "INMerge" İnnovasiya Sammitində iştirak edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC "INMerge 2025" İnnovasiya Sammitində iştirak edir.
Bakı Konqres Mərkəzində keçirilən və iki gündür davam edən sammitdə "AzInTelecom"un nümayəndə heyəti yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirir, potensial tərəfdaşlıqlar müzakirə edilir.
Bundan başqa, sammitin sərgi ərazisində "AzInTelecom"un interaktiv stendi fəaliyyət göstərir. Stenddə iştirakçılara "AzInTelecom"un innovativ xidmət və məhsulları barədə məlumat verilir, ziyarətçilər stenddə təşkil olunmuş rəqəmsal çarx oyununda iştirak edərək müxtəlif hədiyyələr qazanırlar.
Qeyd edək ki, hər il təşkil olunan "INMerge" sammiti regionun ən böyük innovasiya tədbiri hesab olunur. Tədbirin məqsədi Azərbaycanın və regionun aparıcı texnologiya təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında birləşdirməkdir. Builki sammitdə "Netflix", "OpenAI", "NVIDIA" kimi nəhəng şirkətlərin rəhbər və nümayəndələri iştirak edirlər. Tədbirdə 30-dan çox ölkədən 1 000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçi bir araya gəlib.
"AzInTelecom" haqqında
"AZCON Holding"in tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə "AzInTelecom" müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim etməklə, iş dünyasında innovasiyalara liderlik edir.
Seçilən
33
50
oxu.az

10Mənbələr