AZ

Komada olan Əməkdar mədəniyyət işçisinin oğlu: "Həkimlər 72 saat vaxt veriblər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Atamın elə bir xəstəliyi yox idi. Yoxlatmışıq, maqnit rezonans tomoqrafiyası (MRT) etdirmişik, kompüter tomoqrafiyasından (KT) keçib, heç nə aşkarlanmayıb".
Bunu Oxu.Az-a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin oğlu Səbuhi Vaqifoğlu deyib.
"Atam qızdırma, halsızlıq və iştahasızlıqdan əziyyət çəkirdi. Qanında infeksiya var deyirlər, amma onun nə olduğunu hələ tapa bilmirlər. Bunu araşdırmaq üçün də bütün lazımi analizləri vermişik. Ötən həftənin cümə günü xəstəxanaya gətirmişik, dünən səhərdən komaya düşüb. Həkimlərin sözlərinə görə dünəndən bu günə az da olsa, səhhətində irəliləyiş var. Məsələn, dünən təzyiqini ağır dərmanlarla qaldırırdılar, bu gün yüngül dərmanlardan istifadə ediblər. Süni nəfəs aparatına qoşulduğu üçün 72 saat vaxt verilib, görək nəticələr nə göstərəcək", - deyə S.Vaqifoğlu bildirib.
Əzizə İsmayılova
Seçilən
40
50
oxu.az

10Mənbələr