AZ

Laçında 3 faydalı qazıntı yatağı balansa alınıb

Yazını böyüt
Yazını kiçilt

Laçın rayonu ərazisində işğaldan əvvəlki dövrdə 3 filiz, 36 qeyri-filiz olmaqla, ümumilikdə 36, işğaldan azad olunduqdan sonra isə 1 qum-çınqıl və 2 yol tikintisinə yararlı dolğu materialı olmaqla, 3 faydalı qazıntı yatağı balansa alınıb.

Hafta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov Ekoloji məsələlər üzrə İşçi qrupunun sentyabrın 24-də keçirilən iclasında deyib.

O bildirib ki, yataqların istifadəyə verilməsi ilə bağlı müraciətlər ilkin mərhələdə qanunvericiliyə uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanır. “Hazırkı dövrə qədər Laçın rayonu ərazisində 45 yer təkinin istifadəsi ilə bağlı müraciət komitəyə ünvanlanıb. Onlardan 30-na aidiyyəti üzrə razılıq verilib, 15-nə isə yox", - deyə E. Məcidov diqqətə çatdırıb.

Seçilən
1
7
hafta.az

10Mənbələr