Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Laçın rayonu ərazisində işğaldan əvvəlki dövrdə 3 filiz, 36 qeyri-filiz yatağı olmaqla, ümumilikdə 39 faydalı qazıntı yatağı, işğaldan sonrakı dövrdə isə 1 qum-çınqıl və 2 yol tikintisinə yararlı dolğu materialı olmaqla, ümumilikdə 3 faydalı qazıntı yatağı balansa alınıb.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov deyib.
O bildirib ki, işğaldan azad edildikdən sonra Laçında yeni 3 faydalı qazıntı yatağı balansa götürülüb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.