AZ

Laçında işğaldan sonrakı dövrdə yeni üç faydalı qazıntı yatağı balansa götürülüb

Laçın rayonu ərazisində işğaldan əvvəlki dövrdə 3 filiz, 36 qeyri-filiz yatağı olmaqla, ümumilikdə 39 faydalı qazıntı yatağı olub..

Day.Az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında məlumat verib.

O qeyd edib ki, İşğaldan sonrakı dövrdə isə 1 qum-çınqıl və 2 yol tikintisinə yararlı dolğu materialı olmaqla ümumilikdə 3 faydalı qazıntı yatağı balansa alınıb.

"Yataqların istifadəyə verilməsi ilə bağlı ilkin mərhələdə qanunvericiliyə uyğun müraciətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanır. Hazırkı dövrə qədər Laçın rayonu ərazisində 45 yer təkinin istifadəsi ilə bağlı müraciət komitəyə ünvanlanıb. Onlardan 30-na aidiyyəti üzrə razılıq verilib. 15 sahədə isə komitə tərəfindən razılıq verilməyib" - deyə o əlavə edib.

Seçilən
4
6
day.az

10Mənbələr