AZ

Laçında işğaldan sonrakı dövrdə yeni üç faydalı qazıntı yatağı balansa götürülüb

Laçın. Trend:

Laçın rayonu ərazisində işğaldan əvvəlki dövrdə 3 filiz, 36qeyri-filiz yatağı olmaqla, ümumilikdə 39 faydalı qazıntı yatağıolub..

Trend-inQarabağ bürosu xəbər verir ki, Ekologiya və Təbii SərvətlərNazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyininİdarə Heyətinin sədr müavini Elçin Məcidov Ekoloji məsələlər üzrəİşçi qrupunun iclasında məlumat verib.

O qeyd edib ki, İşğaldan sonrakı dövrdə isə 1 qum-çınqıl və 2yol tikintisinə yararlı dolğu materialı olmaqla ümumilikdə 3faydalı qazıntı yatağı balansa alınıb.

"Yataqların istifadəyə verilməsi ilə bağlı ilkin mərhələdəqanunvericiliyə uyğun müraciətlər Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinə ünvanlanır. Hazırkı dövrə qədər Laçın rayonu ərazisində45 yer təkinin istifadəsi ilə bağlı müraciət komitəyə ünvanlanıb.Onlardan 30-na aidiyyəti üzrə razılıq verilib. 15 sahədə isə komitətərəfindən razılıq verilməyib" - deyə o əlavə edib.

Seçilən
7
6
az.trend.az

10Mənbələr