"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov Misli premyer-liqasında 100-cü oyununu keçirib.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin yubileyi 4-cü tura təsadüf edib. O, “Qəbələ” ilə ev matçının (1:0) gedişində meydana daxil olub.
Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb. Premyer-liqada yalnız bir klubun formasını geyinən futbolçu “Turan Tovuz”da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, premyer-liqada 2022/23 mövsümündə debüt edib.
Qeyd edək ki, Ayxan Azərbaycan çempionatlarında 100 və daha çox oyun keçirən 442-ci futbolçudu. Onun eyni klubda 100-ə çatması isə 206-cı belə yubileydi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta