AZ

“Turan Tovuz”da ilk

style='margin-bottom:10px;'>

"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin yubileyi 4-cü tura təsadüf edib. O, “Qəbələ” ilə ev matçının (1:0) gedişində meydana daxil olub.

Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb. Premyer Liqada yalnız bir klubun formasını geyinən futbolçu “Turan Tovuz”da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/23 mövsümündə debüt edib.

Qeyd edək ki, Ayxan Azərbaycan çempionatlarında 100 və daha çox oyun keçirən 442-ci futbolçudur. Onun eyni klubda 100-ə çatması isə 206-cı belə yubileydir.

Seçilən
31
13
teleqraf.com

10Mənbələr