AZ

"Turan Tovuz"un oyunçusu üçün 100-cü oyun

Ayxan Hüseynov Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Turan Tovuz”un 26 yaşlı yarımmüdafiəçinin yubileyi IV tura təsadüf edib. O, “Qəbələ” ilə ev matçının (1:0) gedişində meydana daxil olub. Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb.

Premyer Liqada yalnız bir klubun formasını geyinən futbolçu “Turan Tovuz”da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/23 mövsümündə debüt edib. Qeyd edək ki, Ayxan Azərbaycan çempionatlarında 100 və daha çox oyun keçirən 442-ci futbolçudur. Onun eyni klubda 100-ə çatması isə 206-cı belə yubileydir.

saytlarin hazirlanmasi

Seçilən
43
8
sportal.az

10Mənbələr