AZ

Aygün Bəylərin bacısı: “Mənə dedilər ki, yasına gəlmə”

Mərhum əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Musavat.com-un məlumatına görə, “Tarixin bir günü” verilişində qonaq olan Zümrüd Hümbətova bacısının yasında hansı səbəbdən iştirak etmədiyini açıqlayıb:

“Aygün Bəylərin ilində qəbir üstünə getmişdim. Amma məni yasına buraxmamışdılar. Dedilər ki, gəlmə. Mən də getmədim, sadəcə biabırçılıq olmasın deyə. Çünki camaatın çoxu görüntüyə görə qınayır, amma insanların baş verən hadisələrdən xəbəri olmur. Hər cür söz deyirlər, amma mən Allaha sığınıram.

Canan (Aygün Bəylərin qızı) mənim bacımın yadigarıdır. Nə vaxtsa evimə gəlsə, qapım onun üzünə açıqdır".

Xalidə Gəray
Musavat.com

Seçilən
2
4
musavat.com

10Mənbələr