AZ

"Aygün Bəylərin qızı evimə gəlir, amma mənimlə danışmır"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova açıqlaması ilə diqqət çəkib.

 

Zümrüd "Xəzər axşamı" proqramında müğənninin qızı Cananın onu danışdırmadığını deyib:

 

"Canan qızımın yanına gəlib-gedir. Amma mənimlə danışmır. Onu Aygünün balası soruşub, xəbər tuturam, qapıma gəlir. Sosial şəbəkədə mənə yazırlar "Aygünün davamçısı". Görürəm ki, xoşları gəlmir, deyirlər, Aygünün bir davamçısı var, o da qızıdır. Mən onun yadigarı deyiləm, sənətinin davamçısıyam".

 

Qeyd edək ki, Aygün Bəylər ötən il uzun sürən xərçəng xəstəliyindən vəfat edib. (Axşam.az)

Tarix: 26 Avqust 2025, 07:47   
Seçilən
9
5
pravda.az

6Mənbələr