AZ

“Azersky-2” peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq

“Azersky-2″ peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq”.

Bunu “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin Tematik emal bölməsinin rəhbəri Murad Camalov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında – “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Qafqazda öz peyklərinə sahib olan yeganə ölkədir:

“Bu peyklərdən 2-si – “Azerspace-1” və “Azerspace-2” telekommunikasiyalarından ibarətdir.

“Azersky-2” isə 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq. Yeni nəsil “Azersky-2″ peyki daha keyfiyyətli və daha dəqiq məlumat təminatı ilə ölkəmizə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafında öz böyük dəstəyini göstərəcək”.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın kosmosdakı peyki “Azersky” ilə əlaqə kəsilmiş və peyk fəaliyyətini dayandırmışdı.

MənbəOXU.AZ
Seçilən
15
6
banker.az

7Mənbələr