AZ

"Azersky-2" peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azersky-2" peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq".
Oxu.Az xəbər verir ki, bunu "Azərkosmos"un Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin Tematik emal bölməsinin rəhbəri Murad Camalov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - "Baku Water Week"də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Qafqazda öz peyklərinə sahib olan yeganə ölkədir:
"Bu peyklərdən 2-si - "Azerspace-1" və "Azerspace-2" telekommunikasiyalarından ibarətdir.
"Azersky-2" isə 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq. Yeni nəsil "Azersky-2" peyki daha keyfiyyətli və daha dəqiq məlumat təminatı ilə ölkəmizə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafında öz böyük dəstəyini göstərəcək".
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın kosmosdakı peyki "Azersky" ilə əlaqə kəsilmiş və peyk fəaliyyətini dayandırmışdı.
Məhərrəm Əliyev
Seçilən
10
6
oxu.az

7Mənbələr