AZ

"Azersky-2" peyki gələn il təkrar fəaliyyətə başlayacaq

Bakı. Trend:

"Azersky-2" peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq.

Trendxəbər verir ki, bunu "Azərkosmos"un Coğrafi İnformasiya Sistemləri(CİS) Mərkəzinin Tematik emal bölməsinin rəhbəri Murad CamalovBakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi vəKonfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanıdeyib.

O bildirib ki, Azərbaycan Qafqazda öz peykinə sahib olan yeganəölkədir: "Bu peyklərdən 2-si - "Azerspace-1" və "Azerspace-2"telekommunikasiyalarından ibarətdir.

"Azersky-2" isə 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq. Yeninəsil "Azersky-2" peyki daha keyfiyyətli və daha dəqiq məlumattəminatı ilə ölkəmizə Yerin məsafədən müşahidəsi xidmətlərinininkişafında öz böyük dəstəyini göstərəcək".

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın kosmosdakı peyki"Azersky" ilə əlaqə kəsilmiş və peyk fəaliyyətinidayandırmışdı.

Seçilən
9
6
az.trend.az

7Mənbələr