Sea Breeze

Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində taksilərlə sərnişindaşımada yeni qaydalar tətbiq olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Uber” taksi şirkətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, yeni qaydaları icra etməkdə əsas məqsəd hava limanından şəhərə səyahətləri maksimum rahat və keyfiyyətli etməkdir:

“Tətbiqimizdə hava limanından şəhərə səyahətlər üçün ayrıca sifariş kateqoriyası yaradılacaq. Sərnişinlər müasir avtomobillər sifariş edə biləcəklər. Həmçinin sərnişinlər bütün texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarında çalışan və xarici dilləri bilən sürücülərlə səyahət edəcəklər”.

Məlumatda əlavə olunub ki, bu sifarişləri yalnız bütün zəruri texniki və tibbi yoxlamalardan keçmiş avtomobillər və sürücülər yerinə yetirə biləcəklər:

“Şəhərdən hava limanına sifarişlər isə məhdudiyyətsiz qalır. Əvvəlki kimi bütün sürücülər bu sifarişləri qəbul edə bilərlər”.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX