AZ

Aeroportda xarici dil bilən taksi sürücüləri çalışacaqlar - Şirkətlərdən biri TƏLƏB qoydu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bolt" taksi xidməti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı fəaliyyətində yeni qaydaları icra edəcək.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bolt"dan bildirilib.
Məlumatda vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətləri yalnız müasir tələblərə cavab verən və qanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyata keçiriləcək:
"Bu məqsədlə "Bolt" tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək.
Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülər buraxılacaqlar".
Məlumatda əlavə olunub ki, şəhərdən hava limanı istiqamətində taksi sifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir.
Xatırladaq ki, bir neçə gün əvvəl sentyabrın 8-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan onlayn taksi sifarişi verməyin mümkün olmayacağı və yalnız "London taksiləri"nin işləyəcəyi barədə iddialar yayılmışdı.
Sentyabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı açıqlama vermiş, hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsinin zəruriliyini vurğulamışdılar.
Məhərrəm Əliyev
Seçilən
22
7
oxu.az

10Mənbələr