Azərbaycanın kişilərdən ibarət cüdo yığması Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Bu barədə Rekord.az-a federasiyadan məlumat verilib.
Toplanışa Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədovla Robert Kravçik rəhbərlik edirlər.
İki həftə davam edəcək toplanış milli komandamızın 5-ci İslam Həmrəyliyi Oyunlarına hazırlığının vacib mərhələsidir.