AZ

Azərbaycanın cüdo yığması Braziliyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıbv

Azərbaycanın kişilərdən ibarət cüdo yığması Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. 

Bu barədə  90deqiqe.Az-a federasiyadan məlumat verilib.

Toplanışa Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədovla Robert Kravçik rəhbərlik edirlər. 

İki həftə davam edəcək toplanış milli komandamızın V İslam Həmrəyliyi Oyunlarına hazırlığının vacib mərhələsidir.

Seçilən
36
3
90deqiqe.az

7Mənbələr