BAKI, 9 sentyabr. TELEQRAF
Kişi cüdoçulardan ibarət Azərbaycan yığması Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Teleqraf xəbər verir ki, toplanışa Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədovla Robert Kravçik rəhbərlik edirlər.
İki həftə davam edəcək bu toplanış milli komandanın V İslam Həmrəyliyi Oyunlarına hazırlığının vacib mərhələsidir.