AZ

Azərbaycanın stolüstü tennisçiləri Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında gümüş medala layiq görülüblər.

“İki sahil” xəbər verir ki, komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayilova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub.

Qeyd edək ki, sayca üçuncu olan universiadaya sentyabrın 9-da yekun vurulacaq.

Seçilən
0
1
ikisahil.az

7Mənbələr