AZ

Azərbaycan stolüstü tennisçiləri Universiadada gümüş medala layiq görülüblər

Azərbaycan stolüstü tennisçiləri Türkdilli Dövlətlərin Universiadasında gümüş medala layiq görülüblər.

90deqiqe.Az-ın məlumatına görə, stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıb.

Komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayılova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub.

Qeyd edək ki, sayca üçüncü olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.

Seçilən
0
5
90deqiqe.az

7Mənbələr