Azərbaycan stolüstü tennisçiləri Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında 2-ci yerə layiq görülüblər.
İdman.biz xəbər verir ki, Zemfira Mikayılova-Ləman Abulhəmidova cütlüyü Universiadanın gümüş medal qazanıb.
Komanda yarışlarında Qırğızıstan idmançılarına 3:0, Qazaxıstan təmsilçilərinə 3:1 hesabı ilə qalib gələn Mikayılova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzublar.
Qeyd edək ki, sayca üçüncü olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.
İdman.biz