AZ

Beyləqanda güllələnən şəxslərin kimliyi bilindi - YENİLƏNİB

Beyləqan rayonunda kafedə güllələnən şəxslərin şəxsiyyəti müəyyənləşib.

Adalet.az xəbər verir ki, silahlı insident zamanı 1983-cü il təvəllüdlü Zamiq Fərzəliyev və 1988-ci il təvəllüdlü Natiq Məmmədov xəsarət alıblar.

Hər iki şəxs Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

***14:12

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb.

Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.

Seçilən
1
40
adalet.az

10Mənbələr