AZ

Rusiya indi də Finlandiya ilə müharibəyə başlayır? - Medvedevdən şok sözlər

Baltikyanı ölkələr, Finlandiya, Norveç və Polşa Rusiya ərazisi yaxınlığında hərbi fəallığını artırıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya-Finlandiya sərhədinə səfərindən sonra keçirilən iclasda bildirib.

Onun sözlərinə görə, dövlət sərhədinin mühafizəsinin etibarlılığını artırmaq, istehkamlar qurmaq lazımdır.

Medvedev qeyd edib ki, Rusiya Finlandiyanın NATO-ya daxil olmasına göz yuma bilməz.

"Sərhədlərin tənzimlənməsinə və mümkün qeyri-dost hərəkətlərin dəf edilməsinə hərbi yanaşmaları dəyişmək lazımdır", - o vurğulayıb.

Sentyabrın 5-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Finlandiya prezidenti Aleksandr Stubbın ölkəsinin 1944-cü ildə SSRİ üzərində “qələbə qazanması” barədə bəyanatı onun “dəli olduğunu” göstərir. Zaxarovanın iddiasına görə, Finlandiya liderinin sözləri onun regionu hərbiləşdirmək üçün aqressiv istəyini nümayiş etdirir.

Xatırladaq ki, sentyabrın 1-də Finlandiyanın Mikkeli şəhərində NATO-nun regional komandanlığının qərargahı rəsmən açılıb.

Seçilən
21
27
publika.az

10Mənbələr