AZ

Zaxarova: Finlandiya Prezidenti ağlını itirib

BAKI, 5 sentyabr. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubbun ölkəsinin 1944-cü ildə SSRİ-ni məğlub etməsi barədə bəyanatı onun qeyri-adekvatlığını göstərir. O sadəcə ağlını itirib.

Teleqraf xəbər verir ki, bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bölüşüb.

“Mən hətta “ağlını itirmək” ifadəsinə uyğun diplomatik termin tapa bilmirəm. Bu ölkələrin, xüsusilə də Finlandiyanın rəhbərliyi tərəfindən edilən bəyanatları başqa cür təsvir etmək çox çətindir. Amma deməliyəm ki, onlar sadəcə qeyri-adekvatdırlar”, - diplomat hesab edir.

Rusiya və Finlandiyanın qonşu ölkələr olduqlarını xatırladan Zaxarova Stubbun regionu hərbiləşdirməyə çalışdığını bildirib.

Seçilən
29
27
teleqraf.com

10Mənbələr