AZ

SSRİ ilə bağlı açıqlama Zaxarovanı qəzəbləndirdi

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Finlandiya Prezidenti Aleksandr Stubbın 1944-cü ildə SSRİ üzərindəki qələbə ilə bağlı bəyanatları qaranlıqdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Finlandiya Prezidenti Stubbın bəyanatlarına baxın. Finlərin hələ də ona necə dözdüyünü anlamıram. 1944-cü ildə Rusiya ilə, Sovet İttifaqı ilə razılaşdılar, indi də o iddia edir ki, Finlandiya 1944-cü ildə Sovet İttifaqı üzərində qələbə qazanıb. Bu, bir növ cahillikdir, bu, iki dəfə ikinin qırx səkkiz olduğunu deməklə eynidir, başa düşürsünüz?”, - diplomat bildirib.

Qeyd edək ki, bundan əvvəl 1944-cü ildə SSRİ ilə imzalanmış müqaviləni şərh edən Stubb Finlandiyanın həmin il SSRİ ilə müharibədə müstəqilliyini qoruyaraq onun üzərində qalib gəldiyini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
27
sherg.az

10Mənbələr