AZ

Baş prokuror vətəndaşları qəbul etdi - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sentyabrın 5-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Yasamal rayon prokurorluğunun inzibati binasında Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

 

Baş prokuror Yasamalda vətəndaşları qəbul etdi - FOTOLAR

Baş prokuror Yasamalda vətəndaşları qəbul etdi - FOTOLAR

 

Seçilən
13
39
modern.az

10Mənbələr