AZ

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Sentyabrın 5-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun inzibati binasında Yasamal rayonundan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
23
azertag.az

10Mənbələr