AZ

Baş prokuror Yasamalda vətəndaşları qəbul edib

Baş prokuror paytaxtın Yasamal rayonunda qəbul keçirib... 

Baş Prokurorluğun Mətbuat xidmətindən Poliqon-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev Yasamal rayon prokurorluğunun inzibati binasında Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Poliqon.info

Seçilən
57
39
poliqon.info

10Mənbələr