AZ

ABŞ "Patriot" zenit-raket kompleksləri üçün rekord məbləğ ayırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ quru qoşunları ABŞ-nin "Lockheed Martin" müdafiə şirkəti ilə "Patriot" zenit-raket kompleksləri üçün təxminən 2000-ə yaxın "PAC-3 MSE" idarəolunan raketlərin istehsalı üzrə 9.8 milyard dollarlıq müqavilə imzalayıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə şirkətin saytında məlumat verilib.
Məlumata görə, müqavilə şirkətin yüksəkdəqiqlikli silahların istehsalına cavabdeh olan bölməsi üçün rekord olub.
"ABŞ ordusu "Lockheed Martin" ilə 1970 "Patriot Advanced Capability-3 Missile Segment Enhancement" (PAC-3 MSE) raketləri və müvafiq avadanlığın istehsalı üçün 9.8 milyard dollarlıq müqavilə imzalayıb. Bu, "Lockheed Martin Missiles and Fire Control" tarixində ən böyük müqavilədir", - deyə şirkətin press-relizində qeyd edilib.
Şirkətin nümayəndəsi Ceyson Reynoldsun sözlərinə görə, müqavilə "bir neçə il ərzində" bu raketlərin rekord sayda çatdırılmasını nəzərdə tutur.
"Lockheed Martin" ABŞ-dən başqa daha 16 ölkənin istifadə etdiyi bu silahlara artan tələbatı ödəmək üçün "PAC-3" istehsalını artırmağa davam etdiyini əlavə edib.
"Şirkətin 2025-ci ildə ilk dəfə olaraq 600-dən çox raket tədarük edəcəyi gözlənilir", - deyə məlumatda bildirilib.
Avqustun sonunda ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, onun administrasiyası Vaşinqtonun Ukraynaya hərbi yardım göstərən NATO müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir. Onun sözlərinə görə, ABŞ alyans ölkələrinə raket və hərbi texnika satır, hansı ki, öz növbəsində Kiyevin ehtiyaclarının maliyyələşdirilməsinə "tam şəkildə" cavabdehdirlər. Trampın qeyd etdiyi kimi, ABŞ zavodları "Patriot" zenit-raket komplekslərinin və digər müdafiə və hücum silahlarının istehsalını "iki dəfə və üç dəfə artırır".
Seçilən
53
50
oxu.az

10Mənbələr