AZ

Makron Trampın tələbini təsdiqlədi: "İki Aİ ölkəsi Rusiya neftini almağı dayandırmalıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa Prezidenti Emmanuel Makron bu gün Avropa liderləri ilə görüşündə ABŞ Prezidenti Donald Trampın Avropadan Rusiya neftinin alınmasını tamamilə dayandırmağı tələb etdiyini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Kommersant" nəşri yayıb.
Makronun sözlərinə görə, Avropa İttifaqının (Aİ) iki ölkəsi - Macarıstan və Slovakiya uzun müddətdir ki, Ukrayna müttəfiqlərini narahat edən məsələ ilə bağlı Rusiya neftini almağa davam edir:
"Prezident Tramp və ABŞ administrasiyası bizim kimi, bu müharibə başlayandan bəri Rusiya neftini alan iki Aİ ölkəsinin seçimindən çox narahatdır. Məncə, bu praktikanın dayandırılmasının vacibliyini ABŞ administrasiyasının vurğulaması əhəmiyyətlidir. Çünki bəzən bu ölkələr ABŞ administrasiyasına yaxın olduqlarını iddia edirlər", - deyə Makron "İstəklilər koalisiyası"nın Paris görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Reuters" agentliyi Ağ Ev məmuruna istinadən yazıb ki, Tramp Aİ tərəfindən Rusiya neftinin alınmasının Rusiyaya ildə 1.1 milyard avro qazandırdığını qeyd edib.
Seçilən
55
50
oxu.az

10Mənbələr