AZ

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb  

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, final görüşündə Azərbaycan təmsilçisi Nihad Məmişov italiyalı Françesko Sampino ilə üz-üzə gəlib. 60 kiloqram çəki dərəcəsində yarışan idmançı rəqibini üstələyərək qızıl medal qazanıb.

Bu gün Azərbaycanın digər cüdoçusu Məhəmməd Musayev də (66 kiloqram) final qarşılaşmasında çıxış edəcək.

Seçilən
9
6
azerbaijan-news.az

7Mənbələr