Bakı. Trend:
Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclərarasında Avropa çempionatına davam edir.
Trend xəbərverir ki, final görüşündə Azərbaycan təmsilçisi Nihad Məmişovitaliyalı Françesko Sampino ilə üz-üzə gəlib. 60 kiloqram çəkidərəcəsində yarışan idmançı rəqibini üstələyərək qızıl medalqazanıb.
Bu gün Azərbaycanın digər cüdoçusu Məhəmməd Musayev də (66kiloqram) final qarşılaşmasında çıxış edəcək.