AZ

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına davam edir.

Olaylar xəbər verir ki, final görüşündə Azərbaycan təmsilçisi Nihad Məmişov italiyalı Françesko Sampino ilə üz-üzə gəlib. 60 kiloqram çəki dərəcəsində yarışan idmançı rəqibini üstələyərək qızıl medal qazanıb.

Bu gün Azərbaycanın digər cüdoçusu Məhəmməd Musayev də (66 kiloqram) final qarşılaşmasında çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
6
olaylar.az

7Mənbələr