1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Afrikadan olan qanunsuz miqrantlar Kanar adalarına istiqamət almış gəmidə böyük qətliam törədiblər. Onlar 72 nəfəri cadugərlikdə ittiham edərək öldürüblər.
Oxu.Az bu barədə "Daily Mail" qəzetinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, içərisində 320-yə yaxın miqrantın olduğu gəmi İspaniyaya gedərkən torlara ilişib və təxminən bir həftə Atlantik okeanında dreyf edib.
Gənc sərnişinlərdən bəziləri sağ qalmaq üçün başqalarını öldürmək qərarına gəliblər, çünki hamıya su və qida ehtiyatı çatmayıb. Onlar öz aralarında sözləşərək qurbanlarını cadugərlikdə günahlandırıblar.
320 qanunsuz miqrantdan yalnız 248-i Kanar adalarına çatıb. İspaniya polisi araşdırma aparır, qətllərdə şübhəli bilinən 20-dən çox şəxs saxlanılıb.