1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.
Bu barədə Oxu.Az-a açıqlamasında KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, şöbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, beşi həlledici məhluldan zəhərlənən şəxslərdir:
"Həmçinin 13 nəfər ilan sancması, yeddi nəfər allergik reaksiya, iki nəfər botulizm zəhərlənməsi səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb".
Aygün Mirakif