AZ

Oğuzda qanunsuz kömür quyuları aşkarlandı, altı nəfər cəzalandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, tədbirlər zamanı rayonun Xaçmaz kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan şəxslər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.
Həmçinin profilaktik tədbirlər çərçivəsində rayon ərazisində məişət tullantılarını tutumlardan kənar yerlərə atan 6 şəxs barəsində də polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilib.
Samir Əli
Seçilən
100
30
oxu.az

10Mənbələr