AZ

Daha bir cüdoçumuz dünya üçüncüsü oldu

Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir uğura imza atıb.

Hafta.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov bürünc medal qazanıb.

İdmançı əvvəlcə yunanıstanlı Aleksandros Polixronidis və braziliyalı Lukas Yamamotoya ipponla qalib gəlib. 1/4 finalda Yernur Batırğalıya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə macar Botond Kunyikini yuko ilə üstələyib.

Həlledici qarşılaşmada isə yapon Toai Haşimaya ipponla qalib gələn təmsilçimiz mundialı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, ötən gün 50 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Anar Quliyev də eyni nəticə ilə yadda qalıb.

Seçilən
33
10
hafta.az

10Mənbələr