Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında milli komandamız daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov bürünc medal qazanıb.
İdmançımız əvvəlcə yunanıstanlı Aleksandros Polixronidis və braziliyalı Lukas Yamamotoya ipponla qalib gəlib. 1/4 finalda Yernur Batırğalıya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə macar Botond Kunyikini yuko ilə üstələyib.
Həlledici qarşılaşmada isə yapon Toai Haşimaya ipponla qalib gələn təmsilçimiz mundialı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, dünən -50 kq çəki dərəcəsində tatamiyə çıxan Anar Quliyev də eyni nəticə ilə yadda qalmışdı.
Bakıda cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib - FOTO
Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Olimpiya çempionlarımız Qarabağa səfər ediblər - FOTO
Dünya çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib